15 May 2014 14:55
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natavan Həbibibi, Aygün Kazımova, Tolik və Zöhrab Ağayev, bu insanların arasında gedən qalmaqallı söz-söhbət sonlanmaq bilmir.

ANS PRESS-in məlumatına görə, son zamanlar qalmaqallı müzakirələrin mərkəzində olan müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovanı, Toliki (Tarix Əliyev) və klipmeyker Zöhrabı məhkəməyə verməsi prodüseri özündən çıxarıb. Tolik şəxsi İnstagram səhifəsində N.Həbibiyə sərt sözlərini göndərib və bir daha onu erməni adlandırıb:

“Bu ermənisifət, 40 yaşına çatmış Natavan Şamilqızı (soyadını yazmıram, çünki əsli bilinmir) məndən, Aygün xanımdan, Zorikdən şikayət eləyib. İndidən deyirəm, Allah vurub səni. Türkmənistandan gəlib soysuz biri hələ xalq artistindən, məndən şikayət eləyəcək. Belə təmizsən, çıxart doğum haqqında şəhadətnaməni göstər. Göstər ki, mən erməni deyiləm, biz də sənə inananaq. “ANS”ə qorxdun yazmağa, bildin ki, tumunun hansı sort olduğunu ortaya çıxararlar. Sən hələ bizə nəyisə sübut elə, ... bir adam ki, ev-eşiyi yoxdur, amma Şüvəlanda qeydiyyatdadır. Bu artıq şübhə altına alır, ay yazıq. Sənin tanışlığın burada keçməyəcək. Kabinetlərdə ömrünü çürüdən, bədbəxt, bizim əslimiz bilinir. Sən isə hələ havadasan. Nə yuvan var, nə yurdun. Get məhkəməyə ver, səndən üzr istəyən gərək sənin kimi ermənisifət olsun. Bu arzun ürəyində qalacaq".

Bundan əlavə olaraq Tolik Natavanın bayramlarda iştirak etməməsini, əsgər qarşısında çıxış etməməsini dilə gətirərək onu bir daha erməni adlandırıb: "Bu xalqın çörəyin yeyirsən, amma millətini bəyənmirsən? Sən bu millət üçün nə etmisən? Nə vaxt gedib əsgər qarşısında çıxış etmisən? Heçvaxt, çün ki, qanında yoxdur".


Müəllif: