Müğənni Natavan Həbibi “Zaurla Günaydın” verilişində keçmiş həyat yoldaşı, reper Səid (Dado) Əliyev ilə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Natavan Həbibi bu sözləri deyib:
"Dado ilə necə mübahisə etmişiksə, artıq 4 həftədir ki, onu telefonda qara siyahıya atmışam. O özünü yaxşı aparsa, qara siyahıdan çıxararam, danışarıq. Dado uşağımız Zeydi görür. Hər şey yaxşıdır. Sadəcə bu münasibəti idarə etmək çox çətindir. Yəni rəsmi olaraq boşanmış olasan, amma bu münasibəti qoruyub, saxlayasan ki, uşağa da çətin olmasın. Yaxşı ki, biz eyni camiyədənik və bu səbəbdən hardasa bir-birimizi anlayırıq. Əslində, mənim məqsədim də bu idi. Ailə quranda fikirləşirdim ki, bundan yaxşı məni anlayan olmaz. Axı, onlar azadlığı sevirlər. Söz-söhbətlərimiz də elə bunun üstündə başlamışdı. “Səs yazma studiyasından niyə gec gəldin” kimi aramızda söhbətlər də vardı. Dado və Zeyd bir-birinin çox sevirlər, aralarında bağlılıq var. Zeyd hər gün atasını soruşur. Onu heç kim öyrətmir. Onların arasına girmək yaxşı olmazdı".
Qeyd edək ki, keçmiş cütlüyün bir övladı var.