28 Noyabr 22:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 41-ci ildönümü münasibətilə tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxış edib: "Can Azərbaycanda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41-ci ildönümünü azərbaycanlı qardaşlarımızla qeyd etməyin böyük coşqu və qürurunu yaşayırıq. Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında əlaqələr gündən-günə inkişaf etməkdədir. Biz bununla qürur duyuruq. Azərbaycan prezidenti İlham Əliyev və Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın rəhbərliyi altında iki qardaş ölkə arasındakı əlaqələrimiz gündən-günə güclənməkdədir. İki ölkə arasında əlaqələrimizin daha da genişlənməsi üçün əlimizdən gələni edirik. Bizim tək ailəmiz türk ailəsidir. Bu missiyanı yerinə yetirmək üçün ən yaxşı şəkildə çalışacağıq. Azərbaycanı COP29-a yüksək səviyyəli ev sahibliyi etməsi münasibətilə Azərbaycan xalqını və prezident İlham Əliyevi təbrik edirəm. Prezident İlham Əliyevin Türk dünyasından başqa ailəmiz yoxdur sözü bizim üçün yol xəritəsidir. Bu yolda işləmək bizim böyük vəzifəmiz və məsuliyyətimizdir. Bu il ərzində parlamentlərimiz arasında dostluq qruplarının yaradılması prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinin ən güclü sübutudur".

Ufuk Turganer onu da qeyd edib ki, Şimali Kipr Türk Respublikası və Azərbaycan arasında iqtisadi, ticarət, turizm və ali təhsil sahəsində əməkdaşlıq inkişaf edir.

Qeyd edək ki, tədbirdə dövlət və hökumət rəsmiləri və ictimai-siyasi şəxslər iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər