15 May 2014 08:42
2 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Unuduldum" mahnısı ilə peşəkar səhnəyə ilk addımını atan gənc müğənni Müşviq Mahmudov yeni klipinin təqdimat mərasimi keçirib. “Qafqazinfo”nun məlumatına görə, gənc ifaçı sənət dostlarını və media əhlini başına toplayaraq "Mənə nə" adlı mahnısına çəkdirdiyi klipi nümayiş etdirib.

Sözləri və musiqisi jurnalist Azər Nəsibova məxsus olan mahnıya rejissor Rəhman Əliyev ekran həyatı verib.

“Artıq müğənnilik sənətində qəti olaraq davamlı fəaliyyət göstərməyi qarşısıma məqsəd qoymuşam, geri çəkilməməyi düşünürəm. Bu məqsədlə də sənətçi dostlarımı və jurnalistləri bir araya toplayıb təmtəraqlı şəkildə yeni klipimi təqdim etdim. Klipdə tərəfmüqabilim İTV-nin aparıcısı, model Brilliant Bəhmənovadır. İnşallah tamaşaçılar da yeni işimə qiymət verərə və bəyənərlər”-, deyə gənc ifaçı bildirib.

Müşviq Mahmudov təbrik etməyə xalq artisti Nisə Qasımova, əməkdar artist, bəstəkar Gövhər Həsənzadə, tanınmış müğənnilər Ümman, Ayan, Xatun, Lətifə Soyuöz, Emil Bədəlov, rəqqasə Fatimə və başqaları təşrif buyurub. iştirak edəcəklər. Tədbirin aparıcısı teleaparıcı Zaur Nəbioğlu olub.

Qeyd edək ki, Müşviq Mahmudov xalq artisti Samir Cəfərovun tələbəsidir. Müğənninin müəllimi səfərdə olduğundan təqdimatda iştirak edə bilməyib.


Müəllif: