1 Dekabr 2024 11:24
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə musiqisinin ən güclü səslərindən biri Sertab Erener Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Sertab Erener Bakı haqqında təəssüratlarını bildirib:

"Bakıya bir az tez gəldim. Burada dostum yaşayır. İllərdir ki, onunla musiqi ilə məşğul oluruq. O ailəsiylə Bakıya köçüb. Mən də arada onu görməyə gəlirəm. Bakıya gəlincə rahatlıq tapdım. Bakı çox gözəl şəhərdir. İnsanın Bakıya köçməsi gəlir. Şəhərinizin dəyərini bilin".

Qeyd edək ki, Sertab Erenerin Bakı Konqres Mərkəzində baş tutacaq konsertinin təşkilatçısı “Kevents Group”dur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər