7 Dekabr 18:15
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zaur Baxşəliyev “Zaurla Günaydın” verilişində xalq artisti Zeynəb Xanlarovadan danışıb.

Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev Zeynəb Xanlarovanın sosial şəbəkədə yayımlanan Yeni il çəkilişindəki görünüşünə münasibət bildirib:

"Dünən Zeynəb Xanlarovanın yeni görüntülərinə baxıb qəribə oldum. Yaş öz sözünü deyir. Bizim gözümüzdə Zeynəb xanım hər zaman Zeynəb xanımdır. Amma o qədər pis oldum. Zeynəb xanımın yeni görüntülərini görəndən sonra Günaya dedim ki, necə etibarsız bir dünyadır. Uşaqlığımın Zeynəbinin elə yaşlanması açıq deyəcəm məni çox təsirləndirdi. Sənətkarın sənəti varsa, musiqisi yaşayırsa demək ki, o ömür boyu gəncdir. Gəncdir niyə? Çünki sən də gənc nəsil ilə yaşayırsan, onlar da böyüyür, dinləyir, qulaq asır. O başqa bir şeydir. Həmin görüntülərə baxıb Zeynəb Xanlarovanın yaşlandığını hiss elədim. Bəzən evdə doğmanın da, ananın da yaşlandığını hiss eləyirsən. Mən onda o yaşlanmağı hiss elədim və qəribə oldum”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər