Dələduzlar bu dəfə aktrisa Pərvin Abıyevanı hədəf alıblar.
Teleqraf.com xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşım edərək onun adından pul yığıldığını bildirib:
"Votsapda şəklimlə birgə saxta hesab üzərindən tanınmışlardan mənim adımdan pul istənilir. Diqqətli olun. Heç kim mənim olduğumu düşünüb pul göndərməsin!".
Qeyd edək ki, ötən gün də dələduzlar rəqqasə Rəna Ağamuradovanın (Renka) adından istifadə edərək votsapda pul istəyirdilər.