"Bayağı adlandırılan müğənnilər var, amma mən heç vaxt elə demirəm. Həmkarlarımı səviyyəli tutmağa çalışıram. Amma mahnının sözlərinə diqqət etmək lazımdır ki, gülünc obyektinə çevrilməyəsən".
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Həmin Zaur" verilişində deyib:
"Vəzifəli və imkanlı şəxslər bayağı dedikləri müğənniləri öz məclislərinə guya gülmək üçün dəvət edirlər. Heç nəyi gizlətmək lazım deyil. Hər bir insanın daxilində gizlətdiyi istəkdir. Siz bu musiqiləri dinləmək istəyirsiniz. Ətrafınıza isə deyirsiniz ki, guya ki, məzəli mahnılar dinləmək üçün dəvət etmisiniz".
Xatirə İslam xarakterindən də danışıb: "Haqqımda heç vaxt deyə bilməzlər ki, nə vaxtsa, yaltaqlıq etmişəm. Bu günə qədər olmayıb. Ümid edirəm ki, bundan sonra da olmaz".