Türkiyəli məşhur müğənni Ebru Gündəş həyat yoldaşı, iş adamı Murad Özdemir ilə yenidən barışıb.
Teleqraf.com xəbər verir ki, boşanma xəbərləri ilə gündəmdə olan ikili Sarıyerdə məkanların birində birlikdə əyləniblər.
Qeyd edək ki, Murad Osman Özdemir 2002-ci ildə "Best Model" gözəllik yarışmasında qalib gələn Selin Kabaklı ilə evli olub. Keçmiş cütlüyün üç övladı var.