17 Dekabr 13:47
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Mətanət Əliverdiyevanın adından dələduzluq edilib.

Aparıcı Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "İki gündür, adımdan dələduzluq edilir, müxtəlif adamlardan pul istənilir. Bir neçə insan həmin şəxsə pul göndərib, amma çoxu inanmayıb. Çünki bilirlər ki, mən "Whatsapp"da heç vaxt mesaj yazmıram, səsli qeyd göndərirəm. Çox pis oldum".

"Adınızdan dələduzluq edilməsindən necə xəbərdar oldunuz" sualına cavabda aparıcı bildirib ki, ona bu barədə dostları xəbər çatdırıb: "Mənə İnstaqramdakı dostlarım zəng etdilər ki, belə məsələ var. Qeyd etdiyim kimi yaxın dostlarım bilir ki, mən mesaj yazmıram. Mənə pul lazım olsa, zəng edib bildirirəm.

Bacımın ad günündə birinə mesaj yazıblar ki, əşyalarım xarqoda qalıb, pul ver. Həmin şəxsin nömrəsinə səsli qeyd də göndərdik, dinlədi, cavab vermədi. Bilmirəm oğlandır, yoxsa qızıdır. Ondan bu gün hüquq-mühafizə orqanlarına şikayət edəcəm".







Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər