17 Dekabr 15:02
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Xətai Tibb Mərkəzinə yerləşdirilən xalq artisti Ofeliya Sənaninin qızı Lalə Sənani anasının səhhətindəki son vəziyyətdən danışıb.

Lalə Sənani Teleqraf.com-a açıqlamasında xalq artistinin səhhətinin stabil olduğunu deyib: "Anamın səhhəti normaldır. Az əvvəl onun yanında idim. Hələ ki xəstəxananın reanimasiya şöbəsindədir. Palataya nə zaman köçürələcəyini bilmirik. Ağciyərinə soyuq olub və yüksək qan təzyiqindən əziyyət çəkir".

Qeyd edək ki, Ofeliya Sənaninin 83 yaşı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər