Xətai Tibb Mərkəzinə yerləşdirilən xalq artisti Ofeliya Sənaninin qızı Lalə Sənani anasının səhhətindəki son vəziyyətdən danışıb.
Teleqraf.com-a açıqlamasında Lalə Sənani xalq artistinin səhhətinin yaxşı olduğunu deyib: "Şükür Allaha, anamın səhhəti yaxşıdır. Qorxulu heç nə yoxdur. Rahat danışır. Hazırda reanimasiyada həkim nəzarətindədir. İntensiv müalicə davam edir. Bir-iki günə palataya köçürələcək".
Qeyd edək ki, 83 yaşlı xalq artistinə ağciyər ödəmi diaqnozu qoyulub. O yüksək qan təzyiqindən əziyyət çəkir.