Aparıcı İlkin Həsəninin adından dələduzluq edilib.
Teleqraf.com xəbər verir ki, bu haqda məlumatı İlkin Həsəni İnstaqramda hekayə bölümündə yerləşdirib:
"Dünəndən etibarən əksər dostlarıma, tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı müxtəlif mesajlar gəlir. Adamdakı rahatlığa bax, açıq nömrə ilə adımdan istifadə edir. Yerli bank kartı rekvizitlərini atır. Tez bir zamanda görüşənədək, görək bu şir ürəkli kimdir".