Oxşar xəbərlər
“Yeni ulduz” mahnı müsabiqəsinin iştirakçılarından olan Aygün Rəhimova maraqlı foto paylaşıb.
Teleqraf.com xəbər verir ki, müğənni Avstriyanın “Eurovison-2014” qalibi olan Konçita Vurstun fotosu ilə öz şəklini birgə paylaşıb.
Hər iki şəkildə onların əynində eyni paltar olub.
Aygün şəkilə zarafatla “Ona mən paltarımı geyinməyə vermişdim”, – deyə şərh də yazıb.
Qeyd edək ki, Konçita Vurstun transvestit olması və sözügedən yarışmada birincilik qazanması heç də birmənalı qarşılanmayıb. Hətta dünyanın müxtəlif yerlərində məşhurlar “saqqallı” şəkillərini sosial şəbəkələrdə paylaşıblar.
Aytn Həsənova