2 Yanvar 11:43
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Zülfiyyə Xanbabayeva qızı Dəniz haqqında danışıb: "Daha çox gələcəklə yaşayıram. Gələcəyim də qızım Dənizdir. Artıq Dəniz böyüyüb və sözə baxmır. Mübahisələrimiz başlayıb. Mən də sözə baxan olmamışam. Valideynlərimin sözünə baxsaydım, indi burada olmazdım".

Zülfiyyə Xanbabayeva həyat qayğılarından da söhbət açıb: "Həyat qayğılı olub. Artıq qayğısız günlər gedib. Atam əvvəl o qədər deyirdi ki, mənim vaxtımda...Mən özümə söz vermişdim ki, övladım olanda heç vaxt o sözü deməyəcəyəm".

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva “Simurq” futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. Cütlüyün bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər