Mərhum Xalq artisti Fuad Poladovun adı Bakının Yasamal rayonundakı küçələrdən birinə verilib.
Məsələ ilə bağlı Teleqraf.com-un əməkdaşı mərhum aktyorun həyat yoldaşı Gülüstan Poladova ilə əlaqə saxlayıb.
"Fuad Poladov küçəsi Yeni Yasamalda 7-ci Alatava adlandırılan ərazidən keçir. Bu haqda sizə məlumat verilibmi" sualına cavabında Gülüstan Əliyeva deyib: "Mən də bu haqda təsadüfən öyrəndim. Çox sevindim. Fuad Poladovun adına küçə verilməsindən gec xəbər tutdum. Sonra maraqlandım ki, Fuad Poladovla yanaşı, bir neçə sənət adamlarının da adına küçə verilib. Ailəmiz adına çox xoş oldu. Hələ ki həmin küçəyə getməmişəm".
Qeyd edək ki, xalq artisti 69 yaşında, xərçəngdən dünyasını dəyişib.