21 Yanvar 16:35
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Qəhrəman Hökumə Əliyevanın həyatı haqqında çəkiləcək sənədli filmin bədii rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev ekran əsəri barədə danışıb.

Teleqraf.com-a açıqlamasında Rasim Balayev bildirib ki, Hökümə Əliyevanın həyatından bəhs edən sənədli filmin çəkilişləri fevralın 10-dan sonra başlayacaq.

"Filmin rejissor və ssenaristi Ziya Şıxlinskidir. Sənədli film onun ideyasıdır. Bu günlərdə Ziya Şıxlinski Hökumə Əliyevanın atası Cəlil Əliyev və ailəsi ilə görüşəcək. Onun ssenarisi əsasında Azərbaycan Kinematoqrafçılar İttifaqı sənədli film çəkəcək. Məqsəd qəhrəman qızımızı tamaşaçılara daha yaxşı tanıtmaqdır. Hər kəs Hökümə Əliyevanı yalnız stüardessa kimi tanıyır. Filmin çəkilişləri təxminən fevralın 10-dan sonra başlayacaq. Sənədli film 20-25 dəqiqə nəzərdə tutulub".

Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər