28 Fevral 2015 13:37
1 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nadir Qafarzadə romantik anlar yaşadığını söyləyib.

Teleqraf.com xəbər verir ki, sənətçi maxim.az-a açıqlamasında bu dəfə də həyat yoldaşından danışıb. “Məhəbbət 3 il yaşayır” desələr də, Nadir tam əksini söyləyib: “Artıq 22 ildir ki, ailə quran Qafarzadənin hələ də sevgisi hörmətə çevrilməyib?” sualına sənətçi belə cavab verib: “Xanımımla gecə gəzintisinə çıxıb, gəncliyimizi yadımıza salırıq. Elə bil ki, ilk görüşümüzdür. O utanır və yaxud da məndən nəsə soruşanda mən utanıram. Hərdən romantik anları yaşayırıq. Ola bilər ki, sevgi çox yaşamır. Amma o sevgi sonradan hörmətə çevrilir. Bilmirəm, mənim hissimi nə adlandırmaq olar. Hər-halda sonu yaxşıdır”.

Nəzərinizə çatdıraq ki, müğənninin sözlərinə görə, martda “Sənə qurban olum” adlı mahnısını təqdim edəcək.


Müəllif: