3 Mart 2015 11:10
10 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Lalə Məmmədova ilə keçmiş həyat yoldaşı arasında qalmaqal getdikcə böyüyür. Lalənin həyat yoldaşının mətbuata açıqlaması qarşı tərəfi hiddətləndirib.

Teleqraf.com-un məlumatına görə, Lalə Məmmədovanın kecmiş həyat yoldaşı İlham Qafarov atv.az-da keçmiş xanımı haqqında bunları deyib:

“Lalə hər yerdə mənim alfons olduğumu, evli olanda onun hesabına yaşadığımı deyir. Bilirsiniz ki, Bakı o qədər də böyük şəhər deyil və bu söhbətlər gəlib qulağıma çatır. Axı bu insan nəyə əsasən belə şayiələr yayır? Hamı bilir ki, mən onu sənətdə qaldırmaq, “raskrutka”sı üçün öz işimi atıb, Laləyə prodüserlik etməyə başladım. Onun bütün nailiyyətlərində bilavasitə mənim əməyim var. Budurmu alfonsluq? Mən onu öz evimdən qovmuşam! Biz boşananda öz maşınımı 50 mim dollara satıb, 43 minini ona verdim ki, özünə mənzil alsın. Onun maşınını satmağına razı olmadım. Bəs o nə etdi? Mənim rəhmətlik anamın bir-iki günə qırxı çıxacaq, amma Lalə nəinki başsağlığı verməyib, hətta öz valideynlərinə belə bunu etməyə qadağa qoyub. Halbuki, onun atası mənim rəhmətlik atamla 40 il dostluq ediblər. Lalə heç bizim qızımıza da nənəsi ilə vidalaşmağa imkan yaratmayıb və o qızımın mənə qarşı “beynini doldurur”. Sonra durub efirdə danışır ki, “iki uşağı tək böyütmək necə çətindir”. Mənə “sən mənim üçün qocasan” deyən insan efirdə tam başqa formada danışır...”

Lalə Məmmədova sussa da, bu barədə onun prodüseri və yaxın rəfiqəsi Vəfa Nuryeva Teleqraf.com-a danışıb: “İlham orda-burda ağzına gələni danışır. O, hansı pullardan, hansı evlərdən, maşınlardan danışır? Onun pulu, evi, maşını var? Lalənin pulları hesabına ortaya çıxıb. Keçmişdən qalma bir dənə bağı var, onu da satmaq istəyir. Üç aydır uşaqlarına aliment vermir. Gedib bunun dərdini çəksin. Qoy hər kəs bilsin, o, Laləylə evlənəndə birinci ailəsindən ayrılmışdı. Keçmiş ailəsi, uşaqları da ondan üz döndərib. Adını prodüser qoyub, indiyə qədər hansı müğənnini ortaya çıxarıb. O, indi heç yerdə işləmir, pul qazanmır, utanmadan keçmiş ailəsinin əleyhinə müsahibələr verir. Heç olmasa, uşaqlarından utansın. Lalə ondan heç nə istəmir, təki qulağı dinc olsun. Deyir ki, biz boşananda öz maşınımı 50 mim dollara satıb, 43 minini ona verdim ki, özünə mənzil alsın. Yalan söhbətdir, ev əvvəldən Lalənin olub. Lalə heç vaxt onun səviyyəsinə düşüb ona cavab verməyəcək, nə danışırsa, danışsın”.

Cəvahir


Müəllif:

Oxşar xəbərlər