3 Mart 2015 13:54
2 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İŞİD sizi atanızdan alır"

"Bozun əlli çaları" filmi ilə məşhurlaşan aktrisa Dakota Conson ABŞ-da İŞİD-lə bağlı sosial çarxa çəkilib.

Teleqraf.com xəbər verir ki, NBC-də yayımlanan və gənc qızların İŞİD-ə qatılmasından bəhs edən video çarx gündəm yaradıb. 25 yaşlı aktrisa filmdə atası ilə vidalaşaraq İŞİD-in maşınına minir.

“Maşın gəlib deyəsən(ata İŞİD-in avtomobilini göstərir). Diqqətli ol qızım”, - atası deyir. Qız isə gülərək, “onlar sadəcə İŞİD-dir ata”, deyə cavab verir.

Qeyd edək ki, video çarx "İŞİD sizi atanızdan alır" adlanır.

Teleqraf.com həmin çəkilişdən fotoları və videonu təqdim edir :

Rüstəm


Müəllif: