ANS TV-də yayımlanan “Adam içində” verilişində qarşıdurma olub.
Teleqraf.com xəbər verir ki, verilişdə Şəbnəm Tapdıqla aparıcı Elgiz mübahisə edib. Bu zaman Elgiz müğənninin üstünə qışqırıb və bu situasiyanı daha da gərginləşdirib.
Aparıcı ifaçıya danışmağa icazə verməyib:
“Sizin məsələ ilə bağlı indi danışmaq olmaz. Günahlandırdığınız tərəflər verilişə gəlsin, sonra fikrinizi deyin. İndi siz mənə dərs keçirsiz burada? Mənə burada nəsə öyrədib, qalmaqala salmayın. Məndən xahiş etdiniz, sizə şərait yaratdım ki, gəlin fikrinizi deyin”.
E.Əkbərin bu sözlərinə əsəbiləşən Ş.Tapdıq “Mənim atam, o boyda xalq şairi mənə qışqırmır. Sən mənə qışqırma” deyə, cavab verib.
a24.az-a istinadən həmin qarşıdurmanın videosunu təqdim edirik:
Rüstəm
əks olunduğu videonu təqdim edirik.