Moskvada naməlum adamlar 50 ilə yaxındır ki, Şən və Hazırcavablar klubunu aparan Aleksandr Maslyakova hücum ediblər.
ANS PRESS-in məlumatına görə, onu Şeremetovski küçəsində KVN Evinin yanında vurublar.
Hadisə şahidləri Maslyakovun maşına oturduğu zaman hücüma məruz qaldığını bildirib.
Mənbənin məlumatına görə, hücum etmiş şəxslər saxlanılıb. Onun şəxsiyyəti və hadisənin motivləri hələ məlum deyil.
Şahidlər qeyd edib ki, cinayətkar özünü qeyri-adekvat aparırdı, Maslyakova hücuma qədər oyuna bilet tələb edirdi. Bu axşam KVN-Evində Premyer-liqanın 1/8 finalının birinci oyunu olub.