Avstriya Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinə etirazını bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi Putinin Milanda mətbuat konfransı zamanı etdiyi zarafat göstərilir.
Jurnalistlərə açıqlamasında Putin “Nənədə babanın cinsiyyət orqanı olsaydı, nənə baba olardı” deməsi ötən il Avroviziyanın avstriyalı qalibi Konçita Vurstun xoşuna gəlməyib. O verdiyi açıqlamada bu sözləri eşitdikdən sonra bütün gecəni ağladığını deyib. Müğənni qeyd edib ki, rusların ona olan nifrətini aradan qaldırmaq üçün Rusiyada konsertlər verəcək.
Avstriya XİN-indən verilən etirazda isə bildirilib ki, həqiqətən də Avtriya vətəndaşı olan Konçita Vurstun cinsiyyəti kişi olsa da, o qadındır: “Qocaldığı zaman da ona hamı baba yox, nənə deyəcək”.
Rusiya XİN-indən verilən açıqlamada isə Konçitanın Rusiyada konsertlər verməsinin mümkünlüyü deyilib.
Samir