Müğənni Zamiq Hüseynov ona ünvanlanan replikalardan bezib.
Publika.az xəbər verir ki, sənətçi bunu ATV telekanalına açıqlamasında deyib:
“Sənətə təzə gələndə də mənə söz atırdılar. Özləri də sözlərinin dalınca gəlirdilər bostanıma. İndi də söz atırlar. Yaxşısı budur, öz işinizlə məşğul olun. Mənə söz atmayın”
İfaçı, həmçinin, həyatından film çəkilməsini də arzulayır.
“Həyatımda maraqlı bir şey olanda onu hekayə kimi yazıram və onları saxlayıram. Gələcəkdə onları bir film halına da salmaq olar. Əlbəttə ki, baş rolda özüm”.