9 Mart 2015 21:10
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan “Bu şəhərdə”nin oğlanları ilə barışıb.

Bu barədə Publika.az-a danışan sənətçi hirsinin soyuduğunu bildirib: “Çox əsəbiydim, barışmaq barədə düşünmürdüm. Onları məhkəməyə verib, cərimələmək fikrim qəti idi. Amma mənə çoxlu zənglər oldu, hər kəs xahiş etdi ki, onları bağışlayım, günahlarından keçim. Camaat mənə dedi ki, xalq onları da sevir, səni də, küsülülük yaxşı şey deyil. Mən də qabaqdan gələn Novruz bayramına görə fikirləşdim ki, onları bağışlayım. Bağışlamaq böyüklük deməkdir. Amma bu o demək deyil ki, Coşğunla Rafael və Müşfiq növbəti dəfə mənə sataşacaqlar. Yox, özləri ilə şərt kəsmişəm, belə olsa, məhkəmədə görüşəcəyik”.


Müəllif:

Oxşar xəbərlər