Martın 9-dan 14-dək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda Tacikistan kinosu günləri keçiriləcək.
Teleqraf.com Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Tacikfilm” kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, adullo Rəhimov, Tacikistanın xalq artisti Sayram İsayeva və aktyor Abdukarim Maşrabovdan ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Kino günləri çərçivəsində Nizami Kino Mərkəzində 5 bədii və 5 sənədli film nümayiş olunacaq.
Tacikistan kinosu günlərinin açılış mərasimində - martın 10-da Nizami Kino Mərkəzində Nosib Saidovun “Müəllim” bədii filmi təqdim ediləcək.
Rüstəm