11 Mart 2015 15:18
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris Moda Həftəsi çərçivəsində təşkil edilən partidə üz-üzə gələn iki məşhur model Naomi Kampbell və Kara Delevin dalaşıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, dostları ilə söhbət edərkən Naomi birdən-birə əsəbiləşib və Karanı Rihannaya hörmətsizlik etməkdə günahlandıraraq itələyib. Cavabında isə gənc model Kara Naominin saçlarını yolub.

Şahidlərdən biri hadisəni belə şərh edib:

“Naomi Karanın Rihanna haqqında mənfi fikir söylədiyini zənn etdi. Naomi gözlənilməz bir şəkildə Karaya qışqırmağa başladı. Bir çox mənasız söz söylədi. Bir-birlərini itələdilər. Cara nə olduğunu bilmədi. Çünki Cara və Rihanna arasında heç bir problem yoxdur. Naomi tamamilə yanlış anladı. Onsuz da çox gurultulu və adamla dolu bir parti idi”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər