Amerkalı məşhur müğənni Teylor Svift ayaqlarını sığorta etdirib.
Teleqraf.com xarici mətbuatına istinadən xəbər verir ki, Qremmi mükafatının sahibi dünya turu öncəsi ayaqlarını 40 milyon dollara sığortalatdırıb.
Mahnıları qədər səhnədə göstərdiyi şousu ilə bəyənilən ifaçı, hər hansı bir qəza və ya zədələnmə olacağı təqdirdə "işsiz qalmamaq" üçün ayaqlarını sığortalatdırdığını deyib.
İfaçının yaxınlarından biri mətbuata "Teylor bu rəqəmi eşidəndə çox təəccübləndi, hətta utandı. O, ayaqlarının dəyərinin bir milyon olacağını düşünürdü" deyib.
Rüstəm