12 Mart 2015 18:24
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Murad Boz və keçmiş sevgilisi Eliz Sakuçoğlu yenidən barışa bilər.

Teleqraf.com Türkiyə mətbuatına istinadənxəbər verir ki, 8 il birlikdə münasibətdə oldan cütlük ötən ilin iyul ayında gözlənilmədən ayrılıb. Eliz Sakuçoğlunun pop ulduzunu unuda bilmədiyi və ortaq dostları vasitəsilə bir neçə dəfə ismarıc göndəriyi deyilir.

Eliz Sakuçoğlunun ötən gün “Instagram” hesabında Murad Boza səslənib:

“Həyatımda günəş kimi doğuldun, işığım, gələcəyim, getmək istədiyim yol oldun. Bütün hədəflərimin adını sən qoydum. Sən bunlardan hələ də xəbərsizsən, amma zamanı gəldiyində səndən aldığım güclə yaratdığım bu dünyanın baş qəhrəmanı olduğunu anlayacaqsan.

Hər kəsin bir ruh əkizi var. Onunla görüşünüz çətinliklə olar. O insanla qarşılaşdıqdan sonra həmin günə qədər doğru olduğunu güman etdiklərinizi sorğu-sual edərsiniz, səbr etməyi öyrənərsiniz.

1 saniyədə bütün gərçəklərinizi yerlə bir edər və o bütün həyatınızı dəyişdirir. Aranızdakı yaranan o güclü bağlılığa nə siz, nə də başqaları mane ola bilir. O adamı tapdıqdan sonra nə olursa, olsun onun üçün mübarizə aparın və onunla həyatı axışına buraxın. Zaman taleyinizi müəyyən edər”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər