Bu gün ATV kanalında yayımlanan “Gün üzü” verilişində qonaq olan müğənni Nadir Qafarzadə canlı efirində qalmaqal yaradıb.
Teleqraf.com xəbər verir ki, ifaçı Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusufu təhqir etdiyi üçün aparıcı ilə mübahisə yaranıb. O, Sami Yusufla bağlı “Haranın zibilidir ki?” fikrini səsləndirib.
Daha sonra reklam fasiləsində verilişdən uzaqlaşdırılan müğənni kanalda yaşananlara sosial şəbəkədə belə reaksiya verib:
“Hərdən Azərbaycanda yaşayan bir çox insanlara yazığım gəlir. Görəsən, bizim kimi yaltaq varmı? İnanmıram”.
Teleqraf.com həmin videonu təqdim edir:
Rüstəm