Aktrisa Hülya Avşar son çəkildiyi filmdə oynadığı rolu tənqid edənlərə sərt cavab verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Veda Məktubu Ankara Yazı” filmində edam edilən millətçi Mustafa Pəhlivanoğlunun anası rolunu oynayan aktrisanı “MHP” Baş katibi İsmail Büyükataman tənqid edib: "Çəkiliş meydançasını onların başlarına yıxarıq, altından qalxa bilməzlər".
Aktrisanın isə bu tənqidə cavabı gecikməyib: “Sənə nə aidiyyatı var? Gəl, setdə, gözləyirəm. İt hürər, karvan keçər".
Rüstəm