15 Mart 2015 20:39
2 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marallardan oxuyub itinin toyundan danışıb şou-biznesdə gündəm yaradan Nadir Qafarzadə yenidən saytların üz qabığında yer aldı. Bu dəfə o, Azərbaycan əsilli müğənni Sami Yusufu tanımaması ilə diqqət çəkdi.

ANS TV-nin efirində yayımlanan "Şəbəkə" verilişində N,Qafarzadənin Sami Yusuf haqda verdiyi açıqlamasına sosail şəbəkə istifadəçilərinin yazdığı şərhlər səsləndirildi.

Sami Yusufu tanımadığını bildirən Nadir buna görə onu tənqid edənlərə öz İnstagram hesabında belə bir cavab yazdı: "Gəlin bir-birimizə hörmət edək və sevək. Qaranquş gəldi gedərdi, sərçədən bərk yapış. Atalar sözü. Gedin yaltaqlanın ona".

Sosial şəbəkələrə ildırım sürətiylə yayılan bu mövzu görün hansı reaksiyaları doğurdu:

Zəfər İsmayılov: Sami Yusuf kimi bir insanı bu tanımır indi? İnsan bu qədərmi təkəbbürlü olar?

Aydın Aydan: Niyə biz həmişə başqalarını tanımalıyıq? Onlar bizdən kimisə tanıyırmı?

Azər İbrahimov: Görəsən bunu sərhəddən kənarda kim tanıyır? Yalnız həmyerlilərimiz çağırıb Rusiyada toylarda boşluqları doldururlar.

Kəmalə Əliyeva: Nadiri Yusufun vətənində tanıyırlar? Niyə axı ordan-burdan gələnlərə hörmət-izzət, özümüzünkülərə nifrət?!

Vüsalənin şərhi: Sami Yusufu dünya tanıyır. Nadir tanımasa da olar.

Nərmin Kərimbəyova: Heç kəs heç kəsi tanımaq məcburiyyətində deyil. Məncə dəhşətli bir söz demədi Nadir.


Müəllif: