Müğənni Nadir Qafarzadənin “Azad Azərbaycan” telekanalına qadağa qoyulması barədə xəbərə münasibət bildirib.
Teleqraf.com-a açıqlamasında ifaçı kanaldan qovuması xəbərlərini təqzib edib. O, “Artıq bir neçə gündür ki, mənim “Atv” telekanalına qadağa qoyulmağım barədə xəbərlər yayılıb. Məlumatın nə qədər doğru olub-olmadığını bilən və ya bilməyən hər kəs bu barədə danışır. Amma bu yanlış məlumatdır. Mənə Azərbaycanda heç bir telekanal, o cümlədən “ATV” telekanalı qadağa qoymayıb. Belə deyim də düşmənlərim sevinməsin. Mənə “Azad Azərbaycan” telekanalının rəhbərliyi tərəfindən qadağa yoxdur. Onların mənə, mənim də qarşı tərəfə böyük hörmətim var. Onlar bəzi cılız insanların düşündüyü qədər aciz deyil ki, Azərbaycan oğluna səbəbsiz və ya kiməsə görə, qadağa qoysun. Belə bir atalar söz var: “Yalan ayaq tutar, amma yeriməz”. Ona görə də mənim sənətimə dəyər verən insanlar narahat olmasın” deyib.
Qeyd edək ki, bir neçə gün öncə “Atv”nin “Gün üzü” verilişinə qonaq olan N.Qafarzadə verilişi yarımçıq tərk etmişdi. Buna səbəb, onun Azərbaycan əsilli müğənni Sami Yusif barəsində dediyi fikirlər olub.
Rüstəm