18 Mart 2015 16:26
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc müğənni İlqarə Kazımova formada qalmaq üçün dəridən-qabıqdan çıxır.

Publika.az xəbər verir ki, xüsusi pəhriz saxlayan müğənni Novruz bayramını sevsə də, bayramda bişirilən şirniyyatların onun formada qalmasına mane olduğunu etiraf edib.

“Bir çox insan kimi mən də Novruz bayramını səbirsizliklə gözləyirəm. Bu, bizim milli bayramımızdır. Milli adət-ənənələrimiz özünü bayramda hərtərəfli göstərir. Xüsusilə də mətbəximizdə. Azərbaycan mətbəxi zəngin olduğu qədər kalorilidir. Novruz bayramında bişirilən şəkərbura, paxlava, qoğalı çox sevirəm. Amma bilirəm ki, onlar mənim düşmənlərimdir. Onlardan qoruna bilmirəm. Gördümsə, yeyirəm”.


Müəllif:

Oxşar xəbərlər