Dünyaca ulduz müğənni Castin Biber Türkiyədə baş verən Soma faciəsi ilə bağlı başsağlığı verib. Lakin onun etdiyi hərəkət qaş düzəldərkən göz çıxarmağa bənzəyib.
Teleqraf.com xəbər verir ki, Biber başsağlığını keçən il aldığı meymunu Mallinin adına açdığı “Twitter” hesabından çatdırıb. Bu isə Türkiyədə böyük etiraza səbəb olub.
Müğənni meymununun adına olan profil hesabında türk pərəstişkarlarını çox sevdiyini və Türkiyə üçün dua etdiyini yazıb./publika.az/