Britaniyalı cazibədar model Cordan Dann öz peşəkar fəaliyyətini fərqli etmək qərarı verib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Cordan uşaqlar və yeniyetmələr üçün geyim kolleksiyası ilə məşğul olacaq.
Cordan kolleksiyaların reallaşdırılması ilə məşğul olacaq Fluid World Britaniya qeydiyyat şirkəti ilə ilk iki kolleksiyanın buraxılmasına lisenziyanı alıb. "Oğlum anadan olandan sonra mən uşaq geyimləri ilə yaxından maraqlanmağa başladım. Mən moda sənayesində çalışıram və əlbəttə ki, yaxşı dizaynları seçə bilirəm, ana kimi isə keyfiyyət və qiymət məsələsinə böyük diqqət ayırıram", - deyə Cordan məlumat verib.
Kolleksiyaya uşaq svitşotları, cinslər, gödəkcələr, futbolkalar və aksessuarlar daxil olacaq.
Teleqraf.com modelin fotolarını təqdim edir:
Rüstəm