20 Mart 2015 08:50
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur sənətçisi, Azərbaycanda da çox sevilən İbrahim Tatlısəsin yeni əməliyyatının uğurlu keçdiyi təsdiqlənir.

ANS press-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs 6 günlük komadan sonra ayılıb və palataya köçürülüb.

Həyatı təhlükə ilə üz-üzə qalan müğənninin dostlarından rejissor Murat Uyqur əməliyyatın uğurlu keçməsi səbəbilə cümə günü gündüz saatlarında Taksim meydanında 2050 ədəd Qurani Kərim kitabı paylayacaqlarını deyib.

“Vətəndaşlarımızdan İmperator üçün xeyir duası istəyirik. Təxminən 30 il əvvəl tikintidə fəhləlik edən qarayanız bir gəncin həm musiqi, həm də id dünyasında dırnaqları ilə qazıya-qazıya zirvəyə dırmaşması hekayəsini bütün Türkiyə bilir. Sağalıb yanımıza qayıtmağını istəyirik” – deyə rejissor sözlərinə əlavə edib.

İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı.

Əməliyyatın ilk günlərində oğlu İbonun həyatı riski qaldığından narahatlığını sosial şəbəkədə paylaşmışdı.


Müəllif:

Oxşar xəbərlər