Aprel ayında rejissor Ramil Ağasıyevin “Arzuların ardınca” adlı tammetrajlı bədii filminin təqdimatı olacaq.
Axar.az xəbər verir ki, filmin ssenari müəllifi Mehman Rəsulov, operatoru Şahmar Səfəroğludur, quruluşçu rəssam Elgün Vəliyev, ikinci rejissor və prodüser Asif Rəhimov, texniki direktor Nicat Zeynallıdır.
Yataq səhnələri olduğu üçün film 16 yaşdan yuxarı kateqoriya üçün nəzərdə tutulub. Yataq səhnələrində isə dublyorlar çəkilib. Melodram janrında çəkilən film arzularının ardınca gedən iki xəstə adamdan bəhs edir. Baş rolları Ziya Ağa və Zarina Qurbanova oynayır. Filmdə eyni zamanda Rasim Cəfər, xalq artisti Vaqif Əsədov, bloger Aynur Hüseynova da çəkilib.
Qeyd edək ki, R.Ağasıyev bir müsahibəsində filmi çəkmək üçün maşınını satdığını deyib.