23 Mart 2015 11:15
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış ayaqqabı dizayneri Cuzeppe Zanotti və müğənni Beyons Guiseppe Zanotti brendi üçün eksklüziv tuflilərin dizaynı üzərində çalışırlar.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Zanotti bu yaxınlarda verdiyi müsahibələrdən birində müğənninin dizayn üzərində aktiv şəkildə çalışdığını bildirib: "Beyons nə istədiyini yaxşı bilir. O çox istedadlıdır və əla zövqü var". Ayaqqabıların dizaynı barədə məlumat verən Zanotti onların hündürdaban olacağını qeyd edib.

Qeyd edək ki, bu, yaradıcı cütlüyün ikinci əməkdaşlığıdır. Bundan öncə Cuzeppe Zanotti 2013-cü ildə Beyonsun "The Mrs. Carter Show" konsert turnesi üçün ayaqqabılar yaratmışdı.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər