Novruz bayramının adət ənələrindən biri subay qızların üzük falına baxaraq neçə yaşında ailə quracağı tarixi öyrənməsidir.
Gənc müğənni Günay İbrahimli də milli bayramımızın bu adət-ənənəsindən geri qalmayıb. Müğənni ATV kanalında üzük falına baxıb.
“27 yaşımda ailə quracağam. İnana bilmirəm. İlk dəfədir belə olur. Son dəfə bu fala 3 il bundan öncə baxmışdım. 78 yaşımda ailə quracağımı göstərmişdi. Bu dəfə isə 27 çıxdı. Çox qəribədir. İndi 24 yaşım var. 3 il var hələ. 3 il hələ at oynadacağam”./publika