25 Mart 2015 09:03
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da riskli bir əməliyyat keçirən İbrahim Tatlısesdən ilk açıqlama gəldi.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, sənətçi artıq reanimasiyadan palataya köçrülüb.

Tatlısəs əməliyyatdan sonra millət vəkilliyinə namizədliyinə dair siyasi mesajların da daxilolduğu ilk açıqlamasını Instagram hesabından paylaşdı:

"Dəyərli sevənlərim, hamınızın bildiyi kimi böyük bir əməliyyat keçirdim və bu əməliyyatı da sizin dualarınızla müvəffəqiyyətli bir şəkildə sovuşdurduq. Sağlamlığım yerindədir. Əməliyyat sonrası reabilitasiya üçün qısa bir müddət sevənlərim və vətənimdən ayrı qalacağam. Amma bilin ki, vətənimə, millətimə və siz sevənlərimə xidmət üçün ən yaxın zamanda aranızda olacağam.

Bununla birlikdə, bu gün Fransada yaşanan təyyarə qəzasında həyatını itirənlər üçün Allahdan rəhmət, ailələrinə və yaxınlarına da səb diləyirəm.

Dualarınızı məni əskik etməyin. Hörmətlə, İbrahim Tatısəs"

Nihad


Müəllif:

Oxşar xəbərlər