Dünya şöhrətli Azərbaycan əsilli müğənni Araş İstanbulda konsert verib. Müğənni səhnəni tək deyil, Türkiyənin ən məşhur müğənnilərindən olan Ebru Gündeş ilə bölüşüb. Konsert İstanbulub “Volksvaqen Arena” konsert salonunda baş tutub.
Publika.az xəbər verir ki, konsertdən öncə cütlük birlikdə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Araş Ləbafzadə 1977-ci ildə Tehranda Azərbaycan əsilli ailədə dünyaya göz açıb. 10 il İranda yaşayan Araş daha sonra ailəsi ilə birlikdə Avropaya köçüb və orada sənət fəaliyyəti ilə məşğul olmağa başlayıb.