26 Mart 2015 13:47
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova efirə çıxmamasının səbəblərindən danışıb.


Publika.az-a açıqlama verən aktrisa televiziya verilişlərinin səviyyəsindən, eləcə də aparıcıların qeyri-peşəkarlığından gileylənib:


“Baxıram verilişlərə ürəyim bulanır, əsəbiləşirəm. Bir verilişdə üç qonaq olur, üçü də eyni vaxtda danışır, ağız deyəni qulaq eşitmir. Bəzən də aparıcı qonağa macal vermir. Özü sual verir, özü cavab verir, imkan vermir ki, dəvət etdiyi qonaq fikrini söyləsin. Bir o “Səni axtarıram” verilişindən xoşum gəlir. Heç olmasa, o verilişdə kimisə axtarıb tapırlar, kimisə sevindirirlər. Verilişlər maarifləndirici xarakter daşımalıdır. Buna görə də verilişlərin əksəriyyətinə getməkdən imtina edirəm. Bir vaxtlar hansı kanalı açırdın, hamısında yemək bişirirdilər. Məni də çağırırdılar. Əsəbiləşirdim ki, ay bala, mən aşpaz deyiləm e, aktrisayam. Belə verilişlərə çıxıb gündəmdə qalmaqdansa, elə abır-həya ilə evində oturmaq daha yaxşıdır. Mənə elə gündəm lazım deyil. Elə verilişə çıxıb özümü biabır edə bilmərəm”.


Müəllif:

Oxşar xəbərlər