30 Mart 2015 10:25
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AskMen” saytı 2015-ci ilin ən nüfuzlu qadınlarının adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, reytinqə Hollivud aktrisası Emma Uotson başçılıq edib. O, Harri Potter filminin ulduzu və BMT-nin sülhməramlı səfiridir. Ümumiyyətlə, reytinqə 99 qadın daxil olub. Onların arasında aktrisa, idmançı, alim və biznesmen qadınlar da var.

Sorğu internet yolu ilə kişilər arasında aparlıb. Kişilərin qarşısına belə bir sual qoyulub: "Hansı qadın sizin həyatınıza güclü təsir edir?"

Kişilərin səsverməsi nəticəsində siyahıya idmançı Ronda Rouzi, müğənnilər Teylor Svift və Beyons, milyarder Elizabet Holms, vəkil Amal Kluni və aktrisa Cennifer Lourens daxil olub.

Rüstəm


Müəllif: