“Karib dənizin quldurları - ölülər nağıl danışmır” filminin çəkilişi yenidən dayanıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb baş rol oyunçusu Conni Deppin qolundakı zədə olub. O, martın 11-də qolunu sındırıb. Aktyorun ən azı 2 həftə çəkiliş meydanına qayıda bilməyəcəyi deyilib.
Qeyd edək ki, filmin çəkilişlərinə fevral ayında Avstraliyada başlanılıb.
Rüstəm