31 Mart 2015 12:30
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli tanınmış rokçu Teoman və fotoqraf Ayşə Qaya 12 illik dostluqdan sonra ailə qursalar da, cəmi 2 il birlikdə qala biliblər.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, Zeyno adlı 15 aylıq qızları olan cütlük “yola gedə bilmədikləri üçün” boşanıb. Boşanma ərizəsi ilə məhkəməyə müraciət edən Teoman uşağın anaya ehtiyacı olduğu üçün vəkalətin Ayşəyə verilməsinə razı olub.

Cütlük bir-birinə qarşı hər hansı təzminat tələbi irəli sürməyib.

Qeyd edək ki, məhkəmə Teomanın hər ay 1000 TL (təxminən 400 manat) aliment ödəməsinə qərar verib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər