İki terrorçunun Prokuror Mehmet Kirazı əsir götürməsi ilə başlayan hadisə qanlı qətllə bitib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində iki nəfər ölü olaraq ələ keçirilib. Yaralanan Prokuror Kiraz isə xəstəxanada həyatını itirib.
Prokuror Mehmet Kirazın ölümünə məşhur insanlar da münasibət bildirib. Teleqraf.com məşhurların sosial şəbəkədə olayla bağlı yazdıqları qeydləri təqdim edir.
Aktrisa Beren Saat: “Ədliyyədə ədalət silahla axtarılır olub. Bir prokuror həyatını itirmiş. 2015-ci ildə ölkə miqyasında müddətsiz elektrik kəsintisi baş vermiş. Nə gündü! Ölkəm üçün hüznüm və qayğım çox böyükdür!”
Aktryor Məmməd Aslan: “Aprel 1-i lazım deyil, hər şey zarafat kimi onsuz ”.
Aktyor Mustafa Üstündağ: “Bir uşağın haqqını axtaraq deyəndə, bir uşağı yetim qoyan Türkiyə. Təəssüf!”
Model Çağla Kubat : “Qaranlıq bir gündə, qara bir xəbər. Başımız sağ olsun.”
Aktrisa Qönçə Vuslateri: “Cənab Prokuror Mehmet Səlim Kirazın ailəsinə baş sağlığı çatdırıram. Allah rəhmət eləsin. Ondan sonra qalan uşaqlarıda, qardaşlarımdır”.
Müğənni Işın Qaraca: “Çox ağır bir gündür. Allah rəhmət eləsin, məkanın cənnət olsun”.
Rüstəm