Fələstin əsilli amerikalı supermodel Gigi Hədid yeni fotosessiya etdirib.
Teleqraf.com xarici mətbuatına istinadən xəbər verir ki, cazibədar model bu dəfə “Adweek” jurnalının üz qapağı üçün poza verib.
19 yaşlı model dəb dünyasının son kəşfi deyil, eyni zamanda sosial medianın da kraliçası hesab olunur. Gigi Hadid sosial media hesablarında təxminən 3 milyona yaxın izləyicisi olması ilə bir növ bu sahədə kraliça olduğunu sübut edir.
Giginin sosial mediada bu qədər populyar olmasının digər bir səbəbi də var. Onun ən yaxın dostları Kendall Cenner, Teylor Svift və Karli Kloss kimi tanınmışlardır.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm