1 Aprel 2015 20:21
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərəli deputat “Nə Üçün bütün Ceyms Bondlar kişi olur? Bir dəfə də qadın olsun” deyə təklif edib.


Teleqraf.com xəbər verir ki, “İtkin Qız” filmi ilə yenidən gündəmə gələn Rosamund Pink ilə İngiltərə Fəhlə Partiyasının lideri Ed Miliband görüşüb.

Tanınmış siyasətçi Ed Miliband aktrisa Rosamund Pikeyə “Ceyms Bond”u canlandıran ilk qadın olmasını təklif edib.

Ed Miliband mətbuat nümayəndələrinə “Məncə Rosamund möhtəşəm bir aktrisadır. Ecazkar bir Ceyms Bond ola bilər. 2015 ildəyik. Artıq zamanda irəliləyişin vaxtı gəlib” deyib.

Miliband partiyasının yarısının qadınlardan ibarət olduğunu da xatırladıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər