Dəb insanın özünə yaraşanı geyinməsidir. Fəslindən, havadan asılı olmayaraq, hər kəs özünə yaraşanı geyinməlidir. Belə olduqda ətrafdakıları geyim deyil, insanın özü maraqlandırır. Yəni, insanın özü brend olmalıdır.
Dizaynerlər isə hər zövqə xitab edən geyimlər təklif edirlər. Hər il dizayner və modelyerlər tərəfindən mövsümə uyğunlaşdırılmış dəb dünya podiumlarında sərgilənir və dəbsevərlərin ixtiyarına verilir. Bu yazıda aprel ayının dəbindən danışacağıq. Publika.az xəbər verir ki, aprel ayında güllü-çiçəkli nazik köynəklər aktual olacaq.
Baharın ən gözəl ayında güllü köynəklərdən ilham almadan dəbli görünmək mümkün deyil. Bahara hazırlanmaq istəyirsinizsə, birinci növbədə qarderobunuzu çiçəkli köynəklərlə sevindirin. Sizin üçün seçdiyimiz çiçəkli köynəkləri gəlin birlikdə araşdıraq...
Baharın narıncı çiçək dəbi
Dəstin detalları:
Köynək: “Givenchy”
Palto: “Lipsy Kardashian”
Çanta: “Maykl Kors”
Saat: “Oasis”
Narıncı əsl bahar rəngidir. Narıncı rəng çaları isti, yüngül və seksual rəngdir. Bu rəng insanın əhval ruhiyyəsini qaldırır. Öz keyfiyyətlərinə görə bu rəng qızmar isti, enerji, yetkinlik, sevinc və mehribanlıq simvoludur. Xatırladaq ki, geyimdə bu rəngdən bol istifadə edən şəxslər şöhrətpərəst olurlar. Qara və narıncı rənglərin ahəngi qəhrəmanlıq və cəsurluq rəmzi hesab olunduğu üçün çox yaxşı uzlaşırlar. Yadınızda saxlayın ki, narıncı və mavi rəngləri birləşdirmək olmaz. Narıncıya ən gözəl tabe olan rənglər torpaq tonlarıdır.
Köynəklərdə sarı çiçəklər
Dəstin detalları:
Köynək: “Topshop”
Pencək: “Oasis”
Çanta: “Aldo”
Ayaqqabı: “Rupert Sanderson”
Gül printləri bu dəstə bahar ətri gətirib. Şərf, çanta və köynəkdə istifadə edilən torpaq tonları narıncıya uyğun gələn ən yaxşı rənglərdir.
Aytən